“SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsindən istefa verdikdən sonra Ağ Evin rəhbəri Donald Trampın dostu və müşaviri olaraq qalacaq.
Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, bunu Mask Trampla keçirilən vida mətbuat konfransında deyib.
"Dost və məsləhətçi olaraq qalacağımı gözləyirəm. Və təbii ki, prezident nəsə etməyimi istəyirsə, mən onun xidmətindəyəm", - Mask deyib.
Buna cavab olaraq Tramp Maskın ona məsləhət verməyə davam edəcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, Mask Tramp administrasiyasındakı işini bitirib və DOGE-nin rəhbəri postunu tərk edib.
QAZİLER.AZ