Putin hərbi əməliyyatlarda həlak olanlarla bağlı ƏMR VERİB

Putin hərbi əməliyyatlarda həlak olanlarla bağlı  ƏMR VERİB backend

Rusiya lideri Vladimir Putin hökumətə Ukraynada xüsusi hərbi əməliyyatlar zamanı həlak olan bütün hərbçilərin xatirəsinin əbədiləşdirilməsi üçün vahid tövsiyələr hazırlamağı tapşırıb. Fərmana əsasən, Rusiya hakimiyyəti bu il sentyabrın 1-dək bu tövsiyələri tərtib edib təqdim etməlidir.

Qaziler.az bu barədə “NEWS.ru”ya istinadla xəbər verir.

“Rusiya hökuməti Prezident Administrasiyası ilə birlikdə vətən müdafiəçilərinin, o cümlədən xüsusi hərbi əməliyyatların həlak olan (ölmüş) iştirakçılarının xatirəsinin əbədiləşdirilməsi üçün vahid tövsiyələr hazırlamalıdır”, - Putinin sərəncamında qeyd edilib.

QAZİLER.AZ

Diaspora