Şimali Koreya qoşunlarını Avropada görünəcəyi təqdirdə NATO Asiyada əməliyyatlara başlaya bilər.
Qaziler.az-ın məlumatına görə, bu haqda Sinqapurda keçirilən “Şanqri-La Dialoq” təhlükəsizlik konfransında Fransa prezidenti Emmanuel Makron deyib. Yelisey sarayının mətbuat xidməti siyasətçinin çıxışını “X” sosial şəbəkəsində yayımlayıb.
O, Çin hakimiyyətini KXDR-in Avropa ərazisində mövcudluğunun qarşısını almağa çağırıb.
“Avropa torpaqlarında Rusiya ilə birgə hərəkət edən Şimali Koreya ilə bağlı baş verənlər hamımız üçün böyük sualdır”, - Fransa lideri qeyd edib.
Makron qlobal təhlükəsizliyə bəzi problemlərin Çinin hərəkətləri ilə bağlı olduğunu vurğulayıb. Onun sözlərinə görə, bir sıra dövlətlər sərhədlərə yenidən baxmağa və Avropadan Cənubi Çin dənizinə qədər olan ərazilərə nəzarəti bərqərar etməyə çalışır.
Prezident həmçinin Avropa və Asiyada sabitlik üçün beynəlxalq alyansların vacibliyini qeyd edib. O, təhlükəsizlik sahəsində əməkdaşlıq üçün Avropa ölkələri ilə Hind-Sakit okean regionu dövlətləri arasında koalisiya yaradılmasını təklif edib.
QAZİLER.AZ