Fransa prezidenti Emmanuel Makron Asiya ölkələrinin Avropa ilə koalisiya yaratmasını təklif edib.
Qaziler.az izvestiya.ru-ya istinadən bildirir ki, o, bu bəyanatı mayın 30-da CNBC-TV18 YouTube kanalında yayımlanan Sinqapurda "Şanqri-La Dialoq" təhlükəsizlik konfransı zamanı verib.
Fransa liderinin fikrincə, belə bir koalisiya iqtisadiyyatda "artım baxımından üçüncü" ola bilər.
O bildirib ki, “bölgədə bir çox etibarlı oyunçular var, onlardan bəziləri çəkindirmə qabiliyyətinə malikdir”. Makron Hindistan və Asiya ölkələrini təhlükəsizlik və müdafiə sahəsində Avropa ilə yaxından işləməyə çağırıb. "Biz daha da irəli getmək istəyirik, xüsusən Hindistan, Asiya ölkələri və Trans-Sakit Okean Tərəfdaşlığı ilə. Birləşsək, qlobal artımın üçdə birini, hətta ticarət baxımından daha çox payımız olacaq", - Fransa prezidenti bildirib.
QAZİLER.AZ