Yaponiya hökuməti Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin dul arvadı Akie Abe ilə Rusiyaya səfəri ilə bağlı əlaqə saxlamayıb.
Qaziler.az bildirir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin katibi Yoşimasa Hayasi deyib.
"O, həmçinin Rusiya prezidenti Vladimir Putinlə görüşünü şərh etməkdən imtina edib", - RİA Novosti xəbər verir.
"Hökumət olaraq, biz Akie Abe ilə fikir mübadiləsi aparmamışıq və hər halda, bu məsələni şərh edə bilmərik", - Hayasi qeyd etdi.
QAZİLER.AZ