Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin dul arvadı Akie Abe Rusiya prezidenti Vladimir Putinin ona təqdim etdiyi "Aurus" avtomobili ilə Moskva gəzintisinə çıxıb.
Qaziler.az bildirir ki, bu barədə jurnalist Pavel Zarubin Telegram kanalında məlumat verib.
"Kremldəki söhbətdən sonra Akie Abe "Bolşoy Teatr"a gedib. Vladimir Putin ona avtomobilini verib", - Zarubin yazıb.
Mayın 29-da Putin Akie Abeni Kremldə qəbul edib. Prezident ona gül dəstəsi təqdim etdi və Yaponiyanın keçmiş baş nazirinin həyat yoldaşı ona rus dilində təşəkkür edib.
QAZİLER.AZ