Çexiyada yük maşını və avtobusun toqquşması nəticəsində 25 nəfər xəsarət alıb

Çexiyada yük maşını və avtobusun toqquşması nəticəsində 25 nəfər xəsarət alıb backend

Çexiyanın Usti nad Labem şəhərində avtobus və yük maşınının toqquşması nəticəsində 25 nəfər xəsarət alıb.

QAZİLER.AZ bildirir ki, bu barədə mayın 29-da “Ceske Noviny” nəşri məlumat yayıb.

“Yük maşını ilə kiçik avtobusun toqquşması nəticəsində 25 nəfər xəsarət alıb, onlardan 3-ü orta-ağır bədən xəsarətləri alıb”, - deyə məqalədə bildirilir.

Qəzadan sonra yük maşını sürücüsünün hadisə yerindən qaçdığı dəqiqləşdirilib, lakin polis əməkdaşları onu tez bir zamanda taparaq saxlaya biliblər.

Bundan əlavə, sürücünün üzərində narkotik testi keçirilib. Testin cavabı müsbət olub. Sürücü polis bölməsinə aparılıb.

QAZİLER.AZ

Diaspora