“Taliban” Əfqanıstanın Daykundi əyalətində bütpərəstlikdə ittiham etdiyi stolüstü futbol oyununu qadağan edib.
Qaziler.az-ın məlumatına görə, bu barədə yerli "Afganistan International" nəşri yazıb.
Qadağa təşəbbüskarlarının fikrincə, stolüstü futbolçuların miniatür fiqurları İslamda qadağan olunmuş bütlərin təsvirlərinə bənzəyir. Yerli mənbələrin məlumatına görə, Taliban stolüstü futbol klublarının təşkilatçılarından fiqurların başlarının çıxarılmasını tələb edib. Əks halda oyun tamamilə qadağan olunacaq.
“Lakin hələlik bu məsələ ilə bağlı rəsmi açıqlama verilməyib. Son dörd ildə "Taliban" ölkədə əyləncə və idman tədbirlərinə məhdudiyyətləri xeyli artırıb. Bundan əvvəl Talibanın idman idarəsi Əfqanıstan Şahmat Federasiyasının fəaliyyətini dayandıraraq, şahmat oyununu “qadağan edilmiş" adlandırmışdı”, - media yazır.
QAZİLER.AZ