Böyük Britaniya rəqəmsal silah sistemlərinə sərmayə qoyur

Böyük Britaniya rəqəmsal silah sistemlərinə sərmayə qoyur backend

Böyük Britaniya silahlı qüvvələrin rəqəmsal sisteminin idarə edilməsi üçün 1 milyard funt sterlinqdən (təxminən 1,4 milyard dollar) çox vəsait ayıracaq.

Qaziler.az-ın məlumatına görə, bu barədə “Bloomberg” agentliyi müdafiə naziri Con Hilinin bəyanatına istinadən məlumat yayıb.

Yeni sistem donanma, hava qüvvələri və quru qoşunlarına real vaxt rejimində öz hərəkətlərini əlaqələndirməyə imkan verəcək, hədəflərin müəyyən edilməsi və məhv edilməsini sürətləndirəcək. Hilinin sözlərinə görə, Ukrayna təcrübəsi sübut edib ki, qələbə texnoloji üstünlükdən və innovasiyaların sürətindən asılıdır.

"Gələcəkdə münaqişələri yaxşı əlaqələri olan və daha sürətli innovasiya edən qüvvələr qazanacaq. Sistemimiz bizə görünməmiş sürətlə hərəkət etməyə imkan verəcək", - nazir vurğulayıb.

QAZİLER.AZ

Diaspora