Çin istehsalı olan “Tide” yuyucu tozu təhlükəsizlik testindən keçə bilməyib.
Qaziler.az-ın məlumatına görə, bunu Roskaçestvo araşdırmasının nəticələri sübut edib.
Qeyd olunub ki, Roskaçestvo Rusiya, Belarus, Türkiyə və Çin istehsalı olan “Index”, “Persil”, “Aist”, “Bimax”, “Synergetic”, “Ariel”, “Dosia”, “Pemos”, “Peros”, “Losk” və s. kimi 20 markanın yuyucu tozlarını sınaqdan keçirib.Tədqiqatda həm Rusiya, həm də Çin istehsalı olan "Tide" yuyucu tozu da olub.
Çin istehsalı olan “Tide” uşaq paltarlarını yumaq üçün istifadə edildikdə gözün konyunktivasına qıcıqlandırıcı təsir göstərdiyinə görə sınaqdan keçə bilməyib.
"Qeyd etmək lazımdır ki, sınaqdan keçirilmiş nümunələrin demək olar ki, hamısı təyinatı üzrə istifadə olunarsa təhlükəsizdir. Yalnız “Tide” yuyucu tozu (Çin istehsalı) tələblərə cavab vermədi. Qablaşdırmada onun hər növ, o cümlədən uşaq paltarlarını yumaq üçün uyğun olduğu yazılıb", - tədqiqatın nəticələrində deyilir.
QAZİLER.AZ