Həmid Kərzai Sovet qoşunlarının Əfqanıstana gətirilməsini “faciəvi səhv” adlandırıb

Həmid Kərzai Sovet qoşunlarının Əfqanıstana gətirilməsini  “faciəvi səhv” adlandırıb backend

Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzai sovet qoşunlarının ölkəyə daxil olmasını faciəvi səhv adlandırıb.

Qaziler.az-ın məlumatına görə,RTVI-ya müsahibəsində o, Əfqanıstanda SSRİ bayrağı altında mənfi halların baş verdiyini deyib.

Keçmiş prezident SSRİ-nin böyük həcmdə göstərdiyi yardımını xatırladıb və həmçinin əfqanların Sovet İttifaqında təhsil almaq imkanını da qeyd edib. "Lakin bundan sonra dəhşətli səhv baş verib - Əfqanıstanın işğalı...”, - deyə Kərzai qeyd eedib.

"Bu, həm bizə, həm də sizə böyük ziyan vurdu. Siz [ruslar] o müharibənin nəticələrini dəf etdiniz, amma biz etmədik. Biz hələ də onun nəticələrindən əziyyət çəkirik", - Kərzai bildirib.

Onun sözlərinə görə, Əfqanıstanda insanlar həmin dövrü xatırlayır və hələ də özlərinə Sovet İttifaqının niyə qoşun yeritdiyini soruşurlar.

Xatırladaq ki, SSRİ 1979-cu ilin dekabrında əfqan xalqına beynəlxalq yardım göstərmək üçün ölkəyə qoşun yeridib. Sovet qoşunları cəmi 10 il sonra – 1988-1989-cu illərdə ölkədən tamamilə çıxarılıb. Qoşunların çıxarılması fevralın 15-də başa çatıb. 2011-ci ildən Rusiyada tarixdə bu gün Vətəndən kənarda öz rəsmi borcunu yerinə yetirən rusların anım günü kimi qeyd olunur.

QAZİLER.AZ

Diaspora