ABŞ prezidenti Donald Tramp hələ də Rusiya ilə iqtisadi tərəfdaşlığı inkişaf etdirməyə ümid edir, ona görə də o, yeni sanksiyalar tətbiq etmir.
Qaziler.az-ın məlumatına görə, bu barədə “Reuters” xəbər dərc edib.
Agentliyin məlumatına görə, Konqresdəki bəzi respublikaçılar və Ağ Ev müşavirləri Ukraynadakı hədəflərə hücumlar fonunda Trampı Moskvaya qarşı yeni sanksiyalar tətbiq etməyə çağırırlar. Bununla belə, ABŞ lideri Rusiya prezidenti Vladimir Putinlə səmərəli əməkdaşlığa ümid edir və hesab edir ki, sanksiyalar Rusiya Federasiyası ilə münasibətlərin pisləşməsinə və münaqişənin genişlənməsinə səbəb ola bilər.
"Tramp hələ də Rusiya ilə iqtisadi tərəfdaşlığı inkişaf etdirməyə ümid edir. O, sanksiyaları Moskva ilə gərginliyin artması kimi qiymətləndirir və bu, üç illik münaqişədə atəşkəs ümidlərini puça çıxara bilər", - nəşr yazıb.
Eyni zamanda, agentlik Trampın köməkçilərinə istinadən bildirib ki, ABŞ liderinin Moskvanın hərəkətlərindən məyusluğu hər gün artır. “Reuters” yaxın gələcəkdə Ağ Ev rəhbərinin fikrini dəyişə və yeni sanksiyaların köməyi ilə Rusiyaya təzyiq göstərə biləcəyini istisna etməyib.
QAZİLER.AZ