Almaniya Kiyevə silah istehsalında kömək etməklə Ukrayna münaqişəsinə cəlb olunur.
Qaziler.az-ın məlumatına görə, bu barədə Helsinki Universitetinin professoru Tuomas Malinen sosial şəbəkədəki səhifəsində bildirib.
"Niyə Almaniya Ukraynada silah istehsal etməyə başlayır? Bu, NATO ölkəsi olan Almaniyanı müharibəyə cəlb etmək üçün edilir. Nə vaxtsa Rusiya bu zavodlara/əsgərlərə zərbələr endirmək məcburiyyətində qalacaq, bundan sonra NATO ölkəsi birbaşa müharibədə iştirak edəcək", - o qeyd edib.
Almaniyanın “Welt” qəzeti yazıb ki, Berlin Ukrayna ordusu üçün uzaq mənzilli pilotsuz uçuş aparatlarının (PUA) istehsalını maliyyələşdirmək niyyətindədir.
QAZİLER.AZ