ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putindən həqiqətən narazı olduğu iddia edilir.
Qaziler.az-ın məlumatına görə, bu iddia ilə “Reuters” nəşrinin mənbələri çıxış edib.
“Yardımçıların fikrincə, onun Putindən narazılığı həqiqətdir və getdikcə ciddiləşir”, - nəşr iddia edir.
Eyni zamanda Tramp bildirib ki, Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi Ukrayna nizamlanması üzrə dialoqa zərər verə bilər, ona görə də hələlik məhdudiyyətləri sərtləşdirmək istəmir.
QAZİLER.AZ