Ukrayna sülh danışıqlarını apara bilməsə, Rusiya Sumı, Xarkov və Çerniqov vilayətlərini ilhaq edə bilər.
Qaziler.az-ın məlumatına görə, bunu hərbi ekspert Vasili Dandıkin “NEWS.ru”ya bildirib. Onun sözlərinə görə, bu, bufer zonasının yaradılması və təhlükəsizliyin təmin edilməsi üçün lazım olacaq.
“Hər şey danışıqlar zamanı inkişaf edəcək situasiyadan asılıdır. Artıq memorandum var. Ukraynalılar israr edirlər ki, bura onların torpağıdır. Biz isə fərqli düşünürük. Əgər danışıqlar prosesi pozulsa və dronlarla zərbələr davam etdirilsə, o zaman hər şey mümkündür. Təhlükəsizlik zonası həm Sumı, həm də Xarkov vilayətlərində referendum zonasına daxil ola bilər. Çerniqov vilayətinin də bura daxil olması mümkündür, çünki o, Bryansk vilayəti ilə həmsərhəddir. Orada da hər şey yaxşı deyil”, - Dandıkin deyib.
O əlavə edib ki, Ukrayna Qərbin dəstəyinə baxmayaraq, öz şərtlərini diktə etmək iqtidarında deyil. Hərbi ekspertin fikrincə, Kiyev pilotsuz təyyarələrdən zərbələr endirməkdə və Rusiyaya hücumda davam etsə, döyüşün təmas xətti dəyişə bilər.
QAZİLER.AZ