İsrail qüvvələri HAMAS hərəkatının lideri Məhəmməd Sinvarı öldürüb.
APA N12 telekanalına istinadən xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu Knessetdə çıxışı zamanı deyib.
Mayın 13-də İsrail Müdafiə Qüvvələri Xan-Yunis şəhərindəki Avropa Xəstəxanasının altındakı yeraltı qərargahı vurduğunu açıqlayıb. İsrailin dövlət televiziyası Kan xəbər verib ki, hədəf Qəzza zolağında HAMAS-a və təşkilatın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarına rəhbərlik edən Məhəmməd Sinvar olub.