Almaniya hökuməti hələ də Ukraynaya “Taurus” uzaqmənzilli qanadlı raketlərin tədarükü ilə bağlı qərar qəbul etməyib.
Qaziler.az bildirir ki, bu barədə "Bild" xəbər verir.
Nəşrin qeyd etdiyi kimi, Almaniya kansleri Fridrix Merzin Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli silahlardan atəş açmasına icazə verilməsi ilə bağlı son açıqlamaları Almaniyanın “Taurus” raketlərini ötürə biləcəyi ilə bağlı mülahizələrə əsas verib.
Bəziləri qərarın ölkə prezidenti Vladimir Zelenskinin çərşənbə günü, mayın 28-də Berlinə səfəri zamanı elan oluna biləcəyini düşünür.
Bununla belə, Almaniya hökumətindəki mənbələr Bild-ə bildiriblər ki, “Taurus”un tədarükləri ilə bağlı hələ qərar verilməyib.
QAZİLER.AZ