"Biz yəqin ki, Ukraynada uzun müharibəyə hazırlaşmalı olacağıq. Axı Rusiya sülh danışıqlarını uzadır".
Qaziler.az bildirir ki, "Sky Newsun məlumatına görə, bunu Almaniya kansleri Fridrix Merz deyib.
"Müharibələr adətən bir tərəfin və ya hər iki tərəfin iqtisadi və ya hərbi cəhətdən tükənməsi səbəbindən sona çatır və bu müharibədə biz açıq şəkildə bundan çox uzağıq", - deyə Merz bildirib.
Buna görə də onun sözlərinə görə, Ukraynada "daha uzun müddətə müharibəyə hazırlıqlı olmaq lazımdır".
QAZİLER.AZ