Fanatlar Maradonanın qətlində ittiham olunan həkimə hücum etdilər

Fanatlar Maradonanın qətlində ittiham olunan həkimə hücum etdilər backend

Argentinalı futbolçu Dieqo Maradonanın pərəstişkarları idmançını öldürməkdə ittiham olunan şəxsi həkimi Leopoldo Lukeyə hücum edib.

Hadisə həkim məhkəmə binasına daxil olarkən baş verib.

Qaziler.az bildirir ki, bu barədə mayın 27-də TN telekanalı məlumat yayıb.

"Məhkəmə binasının girişində bir qrup şəxs neyrocərrahın qarşısını kəsərək onun başına bayraq vurdular. Onlar da onu mühasirəyə alaraq təhqir etməyə başladılar. Luke özünü müdafiə edərək hücum edənləri itələyib", - nəşr qeyd edir.

Hücum edənlərin həkim məhkəmə binasına doğru gedərkən ona “qatil” sözünü dediyi bildirilir.

QAZİLER.AZ

Diaspora