Səudiyyə Ərəbistanı 2034-cü ildə Dünya Çempionatına ev sahibliyi edərkən uzun müddətdir tətbiq etdiyi spirt qadağasını ləğv edəcəyi ilə bağlı xəbərləri təkzib edib.
Qaziler.az bu barədə “Telegraph.co.uk” saytına istinadla xəbər verir.
Səudiyyə Ərəbistanı rəsmisi bildirib ki, mövcud qanunlara uyğun olaraq turnirdə spirtli içkilər satılmayacaq.
Bəzi KİV-lər adı açıqlanmayan hökumət mənbələrinə istinadən bildirib ki, pivə və şərab dəbdəbəli mehmanxanalar, beşulduzlu otellər və turizmin inkişafına daxil olan lisenziyalı yerlərdə əldə edilə bilər.
Hesabatlarda bu addımın Dubay və Bəhreyn kimi digər Körfəz ölkələrin turizmlə rəqabət aparmaqla iqtisadiyyatını neftdən uzaqlaşdırmağa səy göstərməsinin bir hissəsi olduğu qeyd olunub.
Bununla belə, Səudiyyə Ərəbistanı vəliəhdi şahzadə Məhəmməd bin Salmanın islahat proqramı çərçivəsində son illər dini qanunların bir qismini yumşaltsa da, ölkədə alkoqol qadağa olaraq qalır. Belə ki, ölkə islam qanunlarına riayət edir və krallıqda yaşayan müsəlmanlar və qeyri-müsəlmanlar üçün spirtli içkiləri haram edir.
QAZİLER.AZ