Putin Rusiyanın hansı şərtlər altında mövcud ola bilməyəcəyini AÇIQLADI

Putin Rusiyanın hansı şərtlər altında mövcud ola bilməyəcəyini AÇIQLADI backend

"Rusiya suveren olmasa, mövcud ola bilməz".

Qaziler.az Kremlin saytına istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Rusiya – Fürsətlər ölkəsi” muxtar qeyri-kommersiya təşkilatı müşahidə şurasının iclası zamanı deyib.

“Bunun üçün biz cəmiyyətdə bağlılığı qoruyub saxlamalıyıq – bu, son dərəcə vacibdir. Əlbəttə, bu, müəllimlərdən asılıdır”, - deyə Rusiya dövlət başçısı vurğulayıb.

Həmçinin görüş zamanı Putin ənənəvi mənəvi-əxlaqi dəyərlərin xaricdə, o cümlədən siyasətçilər tərəfindən getdikcə daha çox mənimsənildiyini bəyan edib. Dövlət başçısının sözlərinə görə, bir çox xarici ölkə rəhbərləri onunla birlikdə quruculuq işlərində fəal iştirak edirlər.

QAZİLER.AZ

Diaspora