Rusiyaya məxsus "Su-30SM2" təyyarələrinin partiyası Belarus aerodromuna gəlib.
Qaziler.az-ın məlumatına görə, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirlikdən verilən xəbərə görə, təyyarələr Belarus Silahlı Qüvvələrinin tikintisi və inkişafı, Rusiya ilə hərbi-texniki inkişaf planına uyğun olaraq qəbul edilib.
Mayın 24-də Belarusun Dövlət Hərbi Sənaye Komitəsinin sədri Dmitri Pantus Belarusun Rusiya Federasiyası ilə 2030-cu ilə qədər hərbi-texniki əməkdaşlıq proqramını imzalayacağını bəyan edib.
QAZİLER.AZ