Ukraynada sülh danışıqlarının uğuru münaqişənin əsas səbəblərini aradan qaldırmaq bacarığından asılıdır.
Qaziler.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanla danışıqların yekununda bildirib.
“Biz Türkiyənin bu cür danışıqlara və ümumiyyətlə, sülh yolu ilə nizamlanmasına kömək etməyə davam etməyə hazır olduğuna görə minnətdarıq”, - Rusiya XİN rəhbəri bildirib.
Qeyd edək ki, mayın 16-da İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında son üç ildə ilk birbaşa danışıqlar baş tutub. Görüş zamanı tərəflər atəşkəs planlarının mübadiləsi, əsir götürülmüş hərbi qulluqçuların “1000-ə 1000” formatında mübadiləsi barədə razılığa gəliblər və iki dövlət başçıları arasında mümkün görüşü müzakirə ediblər.
QAZİLER.AZ