Ukraynada hərbi əməliyyatlara qoyulan bütün məhdudiyyətlər ləğv edilə bilər

Ukraynada hərbi əməliyyatlara qoyulan bütün məhdudiyyətlər  ləğv edilə bilər backend

ABŞ prezidenti Donald Trampın Ukraynanın hərbi əməliyyatlarına qoyulan bütün məhdudiyyətləri aradan qaldırmağı barədə ciddi düşündüyü iddia edilir.

Qaziler.az-ın məlumatına görə, bu barədə “Kyiv Post” məlumat yayıb.

“Əvvəllər tətbiq edilmiş bütün məhdudiyyətlər – onların artıq yumşaldılıb-yumşaldılmamasından asılı olmayaraq, hazırda nəzərdən keçirilir, çünki prezident hesab edir ki, mövcud status-kvo Rusiyanı danışıqlara məcbur etməkdə bizim ümumi maraqlarımıza uyğun gəlmir”, - nəşr mənbədən sitat gətirib.

Bildirilir ki, söhbət Rusiya ərazisinə uzaqmənzilli zərbələrdən gedir.

Mənbə həmçinin “Kyiv Post”a bildirib ki, Trampın Rusiyanın cəzalandırılması ilə bağlı yekun qərarı, eləcə də Ukraynaya növbəti dəstək mərhələsi mayın sonunda Vaşinqtonda Almaniya rəsmiləri ilə görüşlər zamanı müzakirə olunacaq.

QAZİLER.AZ

Diaspora