“1000-ə 1000” formatına əsasən son irimiqyaslı məhbus mübadiləsi Ukraynanın problemini – çoxlu sayda yeraltı döyüşçülərini ifşa etdi”.
Qaziler.az-ın məlumatına görə, bunu hərbi müxbir Aleksandr Kots “Telegram” kanalında bildirib. O əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrində əsir götürülən ruslar azlıq təşkil edib və onlar siyahıya satqın elan etdikləri şəxsləri salmağa məcbur olublar.
“1000-ə 1000 formatında mübadilə etmək üçün kifayət qədər hərbi əsirləri olmayan Kiyev öz vətəndaşlarını Rusiyaya sırıyıb və bu, cəmiyyətin bir hissəsinin xəyanət etmək istədikləri dövlətə münasibətini açıq şəkildə nümayiş etdirib”, - Kots yazıb.
Jurnalist bildirib ki, genişmiqyaslı mübadilə zamanı döyüşlərdə ukraynalılara əsir düşən 880 hərbçi, 120 mülki şəxs Rusiyaya təhvil verilib: “Üstəlik, onlardan 20-si Rusiya vilayətinin işğalı zamanı Ukrayna ərazisinə sürgün edilmiş Kursk vilayətinin sakinləridir”.
QAZİLER.AZ