ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə dialoqdan sonra Rusiyaya qarşı sanksiyaları gücləndirmək fikrində olmadığını açıqlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə “New York Times” administrasiyadakı mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Tramp yeni məhdudlaşdırıcı tədbirlər tətbiq etmək istəmədiyini açıq şəkildə göstərib.
Bundan əvvəl Ağ Ev rəsmiləri indiki sanksiyaların öz məqsədlərinə çatmadığını və ABŞ-nin maraqlarına zərər verdiyini bildirmişdilər.
Administrasiyadakı anonim mənbələr qeyd edib ki, Rusiyaya qarşı sanksiyalar səmərəsiz olub və ölkənin strateji məqsədlərinə uyğun gəlmir.
QAZİLER.AZ