Texnologiya nəhəngi “Apple” ilə Ağ Ev arasında gərginlik Prezident Donald Trampın ABŞ hüdudlarından kənarda istehsal edilən “iPhone” telefonlarına 25% rüsum tətbiq edəcəyi ilə hədələməsindən sonra kəskin şəkildə artıb.
Qaziler.az “The New York Times”a istinadla bildirir ki, bu addım “Apple” şirkətinin baş direktoru Tim Kukun Trampın Yaxın Şərqə son səfərini qaçırmaq qərarına verdiyi cavabdır.
Tramp tərəfindən Kukun ictimai tənqidi onun Yaxın Şərq turnesi zamanı başlayıb. Ər-Riyadda keçirilən tədbirdə Tramp Nvidia şirkətinin baş direktoru Censen Huanqa müraciət edərək, ondan fərqli olaraq Kukun prezidenti səfərdə müşayiət etməkdən imtina etməsindən şikayətlənib. Daha sonra Qətərdə Tramp Tim Kuk ilə bir az problem yaşadığını söyləyıb.
Məsələ ilə yaxından tanış olan insanların fikrincə, Kukun diplomatik missiyaya qoşulmaqdan imtina etməsi, görünür, Trampı qəzəbləndirib və hansı ki o, Amerikanın iri korporasiyalarının liderlərini bu cür tədbirlərdə iştirak etməyə fəal şəkildə təşviq edib.
QAZİLER.AZ