London Rusiya ilə proksi müharibədə iştirakını etiraf edib?

 London Rusiya ilə proksi müharibədə iştirakını etiraf edib? backend

Mühafizəkarlar Partiyasının lideri Kemi Beydnok Ukraynaya verdiyi dəstək vasitəsilə Londonun Rusiya ilə proksi müharibədə iştirakını etiraf edib.

Qaziler.az xəbər verir ki, bunu Rusiyanın Böyük Britaniyadakı səfirliyi öz “Telegram” kanalında insidenti şərh edərkən bildirib. Diplomatik missiya həmçinin qeyd edib ki, britaniyalı siyasətçi nəhayət, əşyaları adları ilə adlandırıb.

“Kemi Beydnok nəhayət ki, əşyaları öz adları ilə adlandırıb. Ukrayna faktiki olaraq Qərbin maraqları naminə Rusiyaya qarşı proksi müharibə aparır. 2014-cü ildən bu işdə iştirak edir”, - rəsmi açıqlamada deyilir.

Diplomatik şərhdə vurğulanır ki, Kiyev hakimiyyəti uzun müddətdir ki, Qərbin maraqlarından çıxış edir, ondan maliyyə və hərbi dəstək alır. Səfirlik xatırladıb ki, Beydnok əvvəllər lideri Boris Conson olan eyni partiyanı təmsil edir. Məhz o, Moskvanın fikrincə, münaqişənin uzadılmasında əsas rol oynayıb.

QAZİLER.AZ

Diaspora