ABŞ-də "Patriot"u Ukraynaya pulsuz vermək istəmirlər, amma sata bilərlər - WP

ABŞ-də  "Patriot"u Ukraynaya pulsuz vermək istəmirlər, amma sata bilərlər -  WP backend

Bayden administrasiyası zamanı əldə edilən ehtiyatlar tükəndiyi üçün Ukrayna təcili olaraq Patriot hava hücumundan müdafiə sistemlərinə ehtiyac duyur. ABŞ-ın hazırkı prezidenti Donald Trampın administrasiyası yeni təchizatla təmin etməyə tələsmir.

Qaziler.az bildirir ki, bu barədə "The Washington Post" xəbər verir.

Nəşrin qeyd etdiyi kimi, Rusiyanın Ukraynanı dronlar və qanadlı raketlərlə bombalamasına baxmayaraq, ən böyük təhlükəni ballistik raketlər təşkil edir. İndi onlara ancaq "Patriot"la qarşı çıxmaq olar.

Media qeyd edib ki, “Patriot” raketlərinin çatışmazlığı ABŞ-da Xatirə Günü həftəsonu - mayın 25 və 26-da özünü büruzə verib. Həmin vaxt Ukrayna Rusiyanın atdığı 9 ballistik raketin heç birini vura bilməyib. Onlardan ikisi Kiyevə yönəlib.

QAZİLER.AZ

Diaspora