Fransa prezidenti Emmanuel Makron Vyetnama çatan zaman təyyarədə həyat yoldaşı Bricit tərəfindən şillə ilə vurulduqdan sonra çıxılmaz vəziyyətdə qalıb.
Qaziler.az bildirir ki, bu barədə news.ru xəbər verir. Dövlət başçısı rəsmi tədbirlərdə adət olduğu kimi əlini uzatsa da, xanımı onun jestinə məhəl qoymayıb.
Fransanın birinci xanımı Makrona məhəl qoymadan yanından keçib. O, barmaqlıqdan tutub arxasına baxmadan sakitcə keçiddən aşağı addımlayıb. Fransa lideri təbəssümlə Bricitin arxasınca gedib.
Prezident təyyarəsinin qapısı açılanda Makronun sifətinə bir sillə dəyib. Dövlət başçısı qapının ağzında dayanıb, sonra arvadının tam görünməyən əli ərinin yanağına zərbə endirib.
Yelisey Sarayı əvvəlcə Bricitin sillə vurduğu videonu süni intellekt tərəfindən yaradıldığı iddia edərək "feyk" adlandırıb. Daha sonra görüntülərin həqiqiliyi nəhayət ki, tanınıb. Makronun ətrafı hadisəni zərərsiz “ailə zarafatı” adlandırıb.
QAZİLER.AZ