Qəzzada ölənlərin sayı 54 minə yaxınlaşıb

Qəzzada ölənlərin sayı 54 minə yaxınlaşıb backend

2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində həlak olanların sayı 54 minə yaxınlaşıb.

Bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.

“Son 24 saat ərzində 38 ölü, həmçinin 204 yaralı Qəzza zolağındakı xəstəxanalara yerləşdirilib. Qəzzanın şimalındakı xəstəxanalara giriş çətin olduğu üçün onların məlumatları təqdim olunan statistikaya daxil edilmir. 2023-cü il oktyabrın 7-dən İsrailin hərbi əməliyyatları nəticəsində ölənlərin sayı 53 939 nəfərə çatıb, daha 122 797 nəfər yaralanıb”, - deyə məlumatda qeyd olunub.

Diaspora