Ukrayna Zelenski ilə Putin arasında görüşün təşkili üzərində işləyir

Ukrayna Zelenski ilə Putin arasında görüşün təşkili üzərində işləyir backend

Ukraynada Prezidenti Volodimir Zelenski ilə Rusiya lideri Vladimir Putin arasında mümkün görüşün təşkili üzərində işlər aparılır.

APA “Unian“a istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andriy Sibiha bildirib.

Onun sözlərinə görə, Moskvanın əsas strategiyası ABŞ-ı sülh danışıqlarından kənarlaşdırmaqdan ibarətdir.

Lakin nazir qeyd edib ki, Avropada təhlükəsizlik infrastrukturunu ABŞ-sız təsəvvür etmək mümkün deyil.

Diplomat tərəflər arasında hərbi əsirlərin dəyişdirilməsi ilə bağlı razılığın əldə edildiyini və bu prosesin artıq başladığını xatırladıb.

Diaspora