Ukrayna Vatikanı Rusiya ilə növbəti danışıqlar üçün məqbul məkan olaraq görür.
Qaziler.az “İnterfaks-Ukrayna”ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiqa bildirib.
"Biz bunu [nəzərə alırıq], bəli" deyib və bu təklifə görə Papa XIV Leoya təşəkkür edib.
Rusiya prezidenti Vladimir Putinlə sonuncu telefon danışığından sonra Amerika lideri Donald Tramp bildirib ki, Rusiya və Ukrayna tərəfləri arasında gələcək təmaslar İsveçrə və Vatikanda baş tuta bilər.
Daha sonra Amerikanın “The Wall Street Journal” qəzeti Vatikanın dialoq platforması kimi çıxış etməyə hazır olduğunu yazıb və bunu İtaliyanın baş naziri Corciya Meloni də bəyan edib.
Xatırladaq ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların birinci raundu mayın 16-da İstanbulda baş tutub və bu, nümayəndə heyətlərinin son iki ildə ilk təkbətək görüşü olub.
Firuzə Alimova / QAZİLER.AZ