Putin qlobal silah bazarının arxasında nələrin dayandığını açıqlayıb

Putin qlobal silah bazarının arxasında nələrin dayandığını açıqlayıb backend

“Qlobal silah bazarının gələcəyi qabaqcıl inkişaflardan, o cümlədən süni intellektdən asılıdır”.

Qaziler.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin xarici dövlətlərlə hərbi-texniki əməkdaşlıq komissiyasının iclasında bildirib.

Putinin sözlərinə görə, söhbət robotlaşdırılmış hava, quru, dəniz və sualtı nəqliyyat vasitələrindən gedir. Rusiya lideri süni intellekt texnologiyalarından istifadə edən lazer sistemlərinə və qoşunların idarə edilməsi sistemlərinə də diqqət çəkib.

“Qlobal silah bazarının gələcəyi belə texnologiya ilə bağlıdır, burada güclü rəqabət yaranacaq. Bu, artıq inkişafdadır, buna hazır olmalıyıq”, - Putin izah edib.

QAZİLER.AZ

Diaspora