Napoleonun qılıncı hərracda rekord qiymətə satılıb - FOTO

Napoleonun qılıncı hərracda rekord qiymətə satılıb - FOTO backend

Fransa imperatoru I Napoleon Bonaparta məxsus qılınc Parisdə keçirilən hərracda satılıb.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu barədə “Drouot” hərrac evinin saytında məlumat verilib.

Məlumatda qeyd olunub ki, qılınc 4,7 milyon avroya alınıb, bu, Napoleon artefaktı üçün rekorddur.

Müxtəlif ölkələrdən bir neçə iddiaçı yarışıb. Qılıncın son qiyməti təxmin edilən dəyərdən bir neçə dəfə yüksək olub.

Bonapart bu qılıncı 1803-cü ildə o dövrdə Fransanın ən məşhur silah ustası Nikolas-Noel Boutetdə sifariş edib. İmperator olduqdan sonra qılıncını hakimiyyətinin sonuna qədər saxlayıb və sonra onu davamçısı Emmanuel de Qruşiyə verib. Marşalın övladları bu artefaktı 1815-ci ildən saxlayıblar.

Firuzə Alimova / QAZİLER.AZ

Diaspora