Kaliforniya ştatının San Dieqo şəhəri üzərində qəzaya uğrayan "Cessna 550" təyyarəsi hərbi qəsəbə ərazisinə düşüb.
Qaziler.az bildirir ki, bu barədə NBC News xəbər verir.
Kanalın məlumatına görə, qəza təyyarə yanacağının ətrafa dağılması nəticəsində baş verib.
Təyyarənin qəzaya uğraması nəticəsində azı 15 ev yanıb. Fövqəladə vəziyyətin səbəbləri barədə məlumat verilməyib, lakin qəza zamanı şəhərin üzərində qatı dumanın olduğu məlum olub.
ABC News-un məlumatına görə, təyyarədə olanların hamısı həlak olub, lakin ölənlərin sayı barədə məlumat verilməyib. Bu məqamda evlərin yaxınlığında olanlar arasında itkilərin olmadığı məlum olub.
San Dieqoda ABŞ Hərbi Dəniz Qüvvələrinin bir neçə bazası yerləşir. Şəhərdə dəniz piyadaları və hərbi aerodrom yerləşir.
QAZİLER,AZ