Estoniya FTX ilə əməkdaşlıq edən Ukrayna vətəndaşını deportasiya edib

Estoniya FTX ilə əməkdaşlıq edən Ukrayna vətəndaşını deportasiya edib backend

Estoniya Ukrayna vətəndaşı Stanislav Matlakı ölkədən çıxararaq Ukrayna hakimiyyətinə təhvil verib. O, Rusiya FTX (Federal Təhlükəsizlik Xidməti) ilə əməkdaşlıq edib.

Qaziler.az bildirir ki, bu barədə  ERR xəbər verir.

Estoniya Təhlükəsizlik Polisinin (KAPO) təklifi ilə Polis və Sərhəd Mühafizə Şurası milli təhlükəsizlik səbəbi ilə Matlakın yaşayış icazəsini ləğv edib. O, 2019-cu ildən bu ölkədə yaşayıb.

KaPo müəyyən edib ki, ukraynalı Rusiya xüsusi xidmət orqanı FTX ilə əlaqə saxlayıb və öz hərəkətləri ilə Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləyib.

Polis və Sərhəd Mühafizə İdarəsi Matlakı Estoniya ərazisindən çıxarıb və sonrakı tədbirlər üçün Ukrayna hakimiyyətinə təhvil verib.

QAZİLER.AZ

Diaspora