Finlandiya Prezidenti Ukraynaya necə kömək oluna biləcəyini deyib

Finlandiya Prezidenti Ukraynaya necə kömək oluna biləcəyini deyib backend

Hazırda Ukraynada əlavə xarici hərbçilərə ehtiyac yoxdur. Əsas məsələ maliyyə və müasir hərbi texnikanın təminatıdır.

RBC-Ukrayna “Dagens industri”yə istinadən xəbər verir ki, bunu Finlandiya prezidenti Aleksandr Stubb deyib.

İsveç və Finlandiyanın Ukraynaya qoşun göndərib-göndərməməsi ilə bağlı sualı cavablandıran Stibb deyib ki, bu, hələlik aktual məsələ deyil.

"Hazırda bu, hipotetik sualdır. Biz tez-tez unuduruq ki, Ukrayna 800 min əsgərlə Avropanın ən böyük ordusuna malikdir. Ona görə də özünüzə sual verməlisiniz: Ukraynada hazırda İsveç və Finlandiya qoşunlarına ehtiyac varmı? O zaman cavab "yox" olacaq", - o deyib.

Bununla belə, Ukraynaya və döyüş meydanında Ukrayna ordusuna nəyin kömək ola biləcəyini vurğulayıb.

"Ancaq maliyyə və hərbi texnikaya ehtiyac varmı? Onda cavab "bəli" olacaq", - prezident əlavə edib.

QAZİLER.AZ

Diaspora