Linkolnun qanlı əlcəkləri 1,5 milyon dollara satılır

Linkolnun qanlı əlcəkləri 1,5 milyon dollara satılır backend

ABŞ-ın 16-cı prezidenti Abraham Linkolnun öldürüldüyü axşam cibində olan əlcəkləri hərracda 1,5 milyon dollara satılıb.

Qaziler.az bildirir ki, bu barədə mayın 22-də Associated Press (AP) məlumat yayıb.

Qeyd olunur ki, qanlı dəri əlcəklər ona aid 144 əşya arasından hərraca çıxarılıb, onlardan 136-sı satılıb.

Nəşr yazır: "Əlcəklər bonus da daxil olmaqla 1,52 milyon dollar gəlir gətirərək ən çox satılan əşya olub. Linkolnun 1865-ci il aprelin 14-də güllələndiyi gecə əlində olan iki dəsmaldan biri 826 min dollara satılıb", - məlumatda deyilir.

QAZİLER.AZ

Diaspora