Vaşinqtonda İsrail diplomatlarının öldürülməsində şübhəli bilinən şəxs günahını etiraf edib - VİDEO

Vaşinqtonda İsrail diplomatlarının öldürülməsində şübhəli bilinən şəxs günahını etiraf edib - VİDEO backend

İsrailin Vaşinqtondakı səfirliyinin əməkdaşlarının qətlində şübhəli bilinən 30 yaşlı Elias Rodriges cinayətdə əli olduğunu faktiki olaraq etiraf edib.

Oxu.Az-ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə paytaxtın polis idarəsinin rəisi Pamela Smit Vaşinqton şəhərinin meri Myuriel Bauzer ilə birlikdə keçirdiyi rəsmi brifinq zamanı məlumat verib.

Smitin sözlərinə görə, saxlanıldıqdan sonra Elias Rodriges polisə hücumda istifadə etdiyi silahı atdığı yeri göstərib.

"Şübhəlinin əlləri qandallandığı zaman o, cinayət silahını harada gizlətdiyini könüllü olaraq göstərdi və hücumu həyata keçirənin məhz özü olduğunu düşünməyə əsas verdi", - deyə Pamela Smit qeyd edib.

Saxlanılma qeyri-adi şəraitdə baş verib - cinayəti törətdikdən sonra Rodriges gizlənməyə çalışmayıb, diplomatların bir müddət əvvəl çıxdıqları Yəhudi Muzeyinə girib. Və orada da qurumun təhlükəsizlik xidməti tərəfindən saxlanılıb.

Qeyd edək ki, İsrail Xarici İşlər Nazirliyi diplomatik missiyanın ölən əməkdaşlarının adlarını rəsmən təsdiqləyib: Yaron Lişinski və Sara Lin Milqrim.

Diaspora