Polşa prezidentliyinə namizəd Karol Navroçki, ABŞ prezidenti Donald Tramp xahiş etsə belə Ukraynaya Polşa qoşunlarını göndərməyəcəyinə söz verib.
Qaziler.az xəbər verir ki, polşalı siyasətçinin sözlərini “TVP İnfo” sitat gətirib.
"Mən Polşa əsgərlərinin Ukrayna ərazisinə göndərilməsinə icazə verməyəcəyəm", - prezidentliyə namizəd deyib.
Öz növbəsində, Polşanın Baş naziri Donald Tusk da Ukraynaya sülhməramlı hərbi missiya göndərilməsini istisna edib.
QAZİLER.AZ