İsrail səfiri Finlandiya XİN-ə çağırılıb

İsrail səfiri Finlandiya XİN-ə çağırılıb backend

Fələstinin Cenin şəhərində İsrail əsgərlərinin diplomatik nümayəndə heyətinə atəş açması hadisəsindən sonra İsrailin Finlandiyadakı səfiri Finlandiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Qaziler.az xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Xarici İşlər Nazirliyi İsrail səfirini nazirliyə çağıraraq, diplomatik heyətin İordan çayının qərb sahilindəki Cenin şəhərinə səfəri zamanı İsrail ordusunun açdığı atəşə aydınlıq gətirilməsini tələb edib", - nazirliyin açıqlamasında bildirilir.

Finlandiya Xarici İşlər Nazirliyi Qəzza zolağında humanitar vəziyyətdən dərin narahatlığını da ifadə edib.

QAZİLER.AZ

Diaspora