Yəmənin şimalını idarə edən şiə hərbi-siyasi hərəkatı Ənsar Allah (Husilər) hərəkatı bir gündə ikinci dəfə Təl-Əvivdəki “Ben Qurion” hava limanına hücum edib.
Qaziler.az xəbər verir ki, bu barədə “Al Masirah” telekanalı husilərin bəyanatına istinadən məlumat yayıb.
"Biz hipersəs ballistik raketdən istifadə etməklə işğal altındakı Yaffa bölgəsindəki Lod hava limanına (Ben Qurion) zərbə endirmək üçün yüksək keyfiyyətli hərbi əməliyyat həyata keçirdik... Bu, artıq bir neçə saat ərzində ikinci əməliyyatdır", - husilərin bəyanatında deyilir.
Ənsar Allah əlavə edib ki, hava limanının atəşə tutulmasında məqsəd hava limanı ərazisində uçuşlara qadağa qoyulmasıdır. Belə ki, husilərə görə, onlar Qəzza zolağına dəstək üçün əməliyyatı genişləndirmək istəyirlər.
QAZİLER.AZ