Rusiya prezidenti Vladimir Putin rus xalqını, onun mədəniyyətini və mənəviyyatını qoruyub saxlamağı ölkənin əsas vəzifəsi adlandırıb.
Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, Rusiya liderinin sözlərini Kremlin mətbuat xidməti sitat gətirib.
“Bu günün ən mühüm vəzifəsi xalqımızı, onun mədəniyyətini və mənəviyyatını, ən yaxşı maarifçilik və təhsil ənənələrini yaşatmaqdan ibarətdir”, - Putin deyib.
Dövlət başçısı buna nümunə kimi Dövlət Tarix Muzeyinin və onun direktoru Aleksey Levıkinin fəaliyyətini göstərib.
QAZİLER.AZ