Odessadakı ərazi çağırış mərkəzinin yaxınlığında kişilərdən ibarət böyük bir növbə yaranıb.
Qaziler.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb.
"Odessa hərbi komissarlığında növbə yaranıb. Yerli ictimaiyyət bunun möhlət qeydiyyatı ilə bağlı olduğunu yazır", - nəşr qeyd edib.
“İnsider.ua”nın məlumatına görə, eyni vəziyyət bütün Ukraynada müşahidə olunur. Ukrayna mətbuatının məlumatına görə, Ukraynada fiziki imkanları məhdud olanların hamısı təkrar hərbi tibbi müayinədən keçməlidir.
QAZİLER.AZ
