Kanada ABŞ-nin "Qızıl Qübbə" raketdən müdafiə sisteminə qoşulmaq istəyir

Kanada ABŞ-nin "Qızıl Qübbə" raketdən müdafiə sisteminə qoşulmaq istəyir backend

Ottava Vaşinqtonla ABŞ-nin 2029-cu ilə qədər yaratmağı planlaşdırdığı "Qızıl Qübbə" raketdən müdafiə sisteminə qoşulmaq barədə danışıqlar aparır.

Qaziler.az “New York Post”a istinadla xəbər verir ki, bu barədə Kanadanın baş naziri Mark Karni bildirib.

Onun sözlərinə görə, bu, Kanada sakinlərinin müdafiəsini təmin etmək üçün yaxşı ideyadır. Karni xəbərdarlıq edib ki, çox da uzaq olmayan gələcəkdə ölkə kosmosdan gələ biləcək potensial raket təhlükəsi ilə üzləşəcək.

Baş nazir bu mövzuda ABŞ prezidenti Donald Trampla söhbəti barədə məlumatı təsdiqləyib. Karninin sözlərinə görə, hazırda hər iki ölkənin yüksək rütbəli rəsmilərinin iştirakı ilə danışıqlar aparılır.

Tramp deyib ki, Kanada hökuməti proqrama qoşulmaq arzusunu bildirərək onun administrasiyası ilə əlaqə saxlayıb. ABŞ prezidenti Ottavanın "ədalətli payını" yerinə yetirməsini təmin etmək üçün onunla işləmək niyyətindədir.

Firuzə Alimova / QAZİLER.AZ

Diaspora