Finlandiya bir il ərzində Rusiya Federasiyası ilə sərhəddə 200 kilometrlik hasarın dörddə birindən də az hissəsini tikə bilib.
Qaziler.az xəbər verir ki, bu barədə Finlandiya Sərhəd Mühafizəsinə istinadən “Reuters” agentliyi məlumat yayıb.
Bildirilir ki, hasarın 4,5 m hündürlüyündə olan tamamlanmış hissəsinin uzunluğu 35 km-dir. Bu isə nəzərdə tutulan layihənin 17,5%-ni təşkil edir.
Finlandiya hakimiyyəti 2023-cü ildə 3 km-lik sınaq sahəsi tikdikdən sonra keçən qış Rusiya ilə sərhəddə hasar çəkməyə başlayıb.
“Yle” teleradio yayımçısı hasarın güclü olacağını, zədələnməyin və dırmaşmağın çətin olacağını bildirib. Bundan əlavə, onlar hasarlara süni intellektlə təchiz edilmiş kameralar quraşdırmağı planlaşdırırlar. Kameralar insanlarla heyvanları ayırd edə biləcəklər. 200 km uzunluğunda olan hasarın 2026-cı ilin sonuna kimi tikilməsi planlaşdırılır.
Firuzə Alimova / QAZİLER.AZ