Arxangelskdə Ukrayna kəşfiyyatı ilə əlaqədə olan şəxs saxlanılıb

Arxangelskdə Ukrayna kəşfiyyatı ilə əlaqədə olan şəxs saxlanılıb backend

Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Rusiyanın Arxangelsk şəhər sakinini Ukrayna kəşfiyyatı ilə əlaqəsinə görə saxlayıblar.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu barədə  agentliyin regional idarəsinin mətbuat xidməti məlumat yayıb. Həmin şəxs dövlətə xəyanətdə şübhəli bilinir.

Dövlətə xəyanətdə və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi ilə əməkdaşlıqda şübhəli bilinən 1988-ci il təvəllüdlü Arxangelsk şəhər sakininin qanunsuz fəaliyyəti müəyyən edilərək dayandırılıb.

Məlumatda qeyd edilib ki, şübhəli şəxs messencer vasitəsilə Ukrayna Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi ilə əlaqə saxlayıb və Rusiya Aerokosmik Qüvvələrinin bölmələrinin yerləşdirilməsinə dair məlumatları ötürüb. Onun barəsində cinayət işi açılıb.

QAZİLER.AZ

Diaspora