Kursk vilayətində döyüşlər davam edir.
Qaziler.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “Telegram” kanalında məlumat verib.
"Qüvvələrimiz Kursk və Belqorod vilayətlərində əməliyyatları davam etdirir. Bu, təkcə təcavüzə cavab deyil, bu, Sumı və Xarkov vilayətlərini qorumaq üçün bizim aktiv maneəmizdir", - o vurğulayıb.
Mayın 21-də Kursk vilayətinin qubernatoru Aleksandr Xinşteyn bölgənin bütün ərazisinin azad edildiyini bildirib.
QAZİLER.AZ