İsrail girovların azad edilməsi üçün Fələstinin HƏMAS hərəkatı ilə razılaşmanın bir hissəsi olaraq Qəzza zolağında atəşi müvəqqəti dayandırmağa hazır olacaq.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu yəhudi dövlətinin baş naziri Benyamin Netanyahu deyib.
O, həmçinin qeyd edib ki, HƏMAS bütün girovları azad edib anklavı tərk edərsə, İsrail Qəzzada hərbi əməliyyatları dayandırmağa hazırdır.
Mayın 19-da Netanyahu bildirib ki, İsrail bütün Qəzza zolağına nəzarət edəcək və HƏMAS-ın “humanitar yardımı talamasına” imkan verməyəcək.
Firuzə Alimova / QAZİLER.AZ